Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Şuşaya səfər ediblər
Bütün Qafqazın Şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Şuşaya səfər ediblər.
Azadmediatv.com-un xəbərinə görə, səfərdə Bütün Qafqazın Şeyxi, Şeyxülislam Allahşükür Paşazadəylə birlikdə, OMİ-nin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Feketen, Alban-udi dini icmasının rəhbəri Robert Mobili , Pravoslav Kilsəsinin nümayəndələri və millət vəkilləri iştirak edirlər.
Qeyd edək ki, iki gün davam edəcək səfər zamanı Şuşada bir sıra dini və mədəni abidələr ziyarət ediləcək, məscidlərdə namaz qılınacaq.
Xatırladaq ki, ictimai-siyasi və din xadimlərinin Qarabağın baş tacı Şuşaya müntəzəm səfərləri təşkil edilir.
Azadmediatv.com



