Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən  dini konfessiyaların rəhbərləri Şuşaya  səfər ediblər

Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən  dini konfessiyaların rəhbərləri Şuşaya  səfər ediblər

Bütün Qafqazın Şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən  dini konfessiyaların rəhbərləri Şuşaya  səfər ediblər.

Azadmediatv.com-un xəbərinə görə,  səfərdə Bütün Qafqazın Şeyxi, Şeyxülislam Allahşükür Paşazadəylə birlikdə,  OMİ-nin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Feketen, Alban-udi dini icmasının rəhbəri Robert Mobili , Pravoslav  Kilsəsinin nümayəndələri və millət vəkilləri  iştirak edirlər.

Qeyd edək ki, iki gün davam edəcək səfər zamanı Şuşada bir sıra dini və mədəni abidələr ziyarət ediləcək, məscidlərdə namaz qılınacaq.

Xatırladaq ki,  ictimai-siyasi və din xadimlərinin Qarabağın baş tacı Şuşaya  müntəzəm səfərləri təşkil edilir.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR