35 illik ailəsini dağıdan nüfuzlu şəxsin həyat yoldaşının etirafları
Statistik məlumatlara görə, 2026-cı ilin ilk beş ayında Azərbaycanda 15 107 nikah və 8 087 boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən boşanma sayı 1,9 təşkil edib. Belə ki, boşanmaların əsas səbəbləri sırasında maddi çətinliklər, qarşılıqlı anlaşılmazlıq və sosial şəbəkələrin mənfi təsirlərin dayandığı qeyd olunur.
Boşanmaların başlıca səbəbləri isə, əsasən, bunlar göstərilir; maddi problemlər - İşsizlik, ailənin dolanışığı və bahalaşma ilə bağlı yaranan iqtisadi çətinliklər.
Psixoloji uyğunsuzluqlar, qarşılıqlı anlaşılmazlıq, güzəştə getməmək və cütlüklər arasında zəif ünsiyyət.
Kənar müdaxilələr, valideynlərin və ya digər kənar şəxslərin ailə daxili münasibətlərə müdaxiləsi.
Eləcə də, sosial faktorlar: Sosial şəbəkələrin və virtual ünsiyyətin ailə dəyərlərinə zəiflədici təsiri göstərilir.
Lakin ekspertlərin fikrincə, boşanmalara səbəb təkcə bu cür hallar deyil. Maddi vəziyyəti normaldan artıq, qarşılıqlı münasibətləri kifayət qədər sevgi və hörmət üzərində qurulan ailələrdə bu cür hallar nadir sayılsa da baş verir. Ən çox boşanma halları ənənəvi olaraq əhalinin Bakıda sıx məskunlaşdığı rayonlarda (Xətai, Binəqədi, Yasamal, Sabunçu) və böyük şəhərlərdə (Gəncə, Sumqayıt) qeydə alınır.
Boşanmalara yuxarıda qeyd etdiklərimlə yanaşı, həm də işdə məhəbbət macaralarının təsiri də az olmur. İş yerində yaranan sevgi macəraları ailədaxili etimadı sarsıtdığı üçün bir çox hallarda boşanma prosesinə gətirib çıxaran əsas psixoloji və sosial səbəblərdən biri hesab olunur. Xəyanət hissinin yaranması həyat yoldaşları arasındakı bağı tamamilə qırır.
İşdə keçirilən uzun saatlar evə olan diqqəti azaldır və emosional uzaqlaşma yaradır. Yalanların və gizli ünsiyyətin ortaya çıxması münasibətlərdəki güvəni bərpaolunmaz şəkildə zədələyir ki, bunun da psixoloji və sosial nəticələri aşağıdakılardır.
Aldadılan tərəfdə güclü stress, qəzəb və özünə hörmətin aşağı düşməsi müşahidə olunur. Münaqişələr ailənin digər üzvlərinə, xüsusilə uşaqların emosional durumuna hədsiz mənfi təsir göstərir. Sosial dairədə və ya iş mühitində yaranan gərginlik şəxsin gündəlik həyatına zərər vurur.
Ailə dramıyla bağlı redaksiyamıza müraciət edən müsahibimin ailəsinin dağılmasına səbəb işdə sevgi macərası olsa da, əslində, boşanmadan və ya necə boşanılmasından xəbəri belə olmayıb. Özünün dediyinə görə, bu haqda ona rəsmi qurumlardan hər hansı xəbərdarlıq və ya məktub göndərilməyib. Nə mediatorla görüşdən, nə də məhkəmənin keçirilməsindən xəbəri olub. 35 il davam edən xoşbəxt ailənin başçısı bəs, görəsən, niyə belə bir addım atıb? Adının çəkilməsinin ayrıldığı həyat yoldaşına zərər vura biləcəyini düşünən xanımın kimliyini açıqlamadan Ailə İnstitunun formalaşmasında, onun qorunmasında maraqlı keys olduğunu nəzərə alıb, müsahibəni olduğu kimi dərc edirik.
- Danışdıqlarınızı xobəxt bir ailənin təlatümü də adlandırmaq olar. Ailənizin dağıdılmasının günahkarı kimdir, həyat yoldaşınız?
- Bilirsiniz, ailəmiz 35 ildir qurulub. 35 ildir ki, bir yerdəyik. Elə bir gün olmayıb ki, həyat yoldaşım evdə olmasın, qalmasın, gecələməsin və yatmasın. Bu 35 ildə inanın ki, həyat yoldaşım kimi qayğıkeş kişi olmayıb. O mənadakı ailəcanlı, ailəmizə və mənə sevgi, hörmət, uşaqlarının qayğısına kifayət qədər qalan. Hətta məndən qat-qat çox. Deyirdim ki, elə bil sən anasan, mən isə atayam. Yəni, yoldaşım ailəmizə o qədər isti münasibət bəsləyib. Əlalxüsus da qızına - Türkərə çox-çox sevgi göstərib. Bu 35 ildə mən həqiqətən də xoşbəxt qadınlardan biri olmuşam. İndi də bütün olanları yadıma salıram, fikirləşirəm ki, bu necə ola bilərdi? Bu bilirsiniz, ancaq necə ola bilərdi, bir adam qarşısına məqsəd qoyub ki, ailə dağıdacaq və buna nail olacaq. Bir insan içində rəhm olmayan insan olaraq, mənim ailəmi demək olar ki, çox cəhd göstərdi ki, dağıtsın, lakin şükürlər olsun ki, ailəmiz 35 ilə gəlib çatdı. Yoldaşım demək olar ki, nəzərini, qayğısını diqqətini indiyədək də bizdən əsirgəmir, daim göstərir. Hətta əvvəlkindən daha da artıq... Bunun şahidi çalışdığım müəssisənin mənimlə birlikdə işləyən işçiləri, nəvələrim, uşaqlarım, qonşularımdır. Onlar şahiddirlər ki, bu insan elə əvvəlki tempdədir. Tempi nəiki azalıb, əksinə, çoxalıb.
- Bəs bu çıxışa sizi nə vadar etdi?
- Bəlkə də mən bu çıxışı etməzdim, amma son vaxtlar həddini aşan çıxışlar eşidirəm və buna son qoymaq istəyirəm. Çox vaxt belə şeylərə cavabı öz beynimdə vermişəm. Çünki həyat yoldaşım çox nüfuzlu bir şəxsdir, nüfuz sahibidir, onun nəsli-nəcabəti çox böyük nüfuz sahibidir, adının hallanmasını istəməmişəm...
- Hər bir halda uşaqlarınızın atasıdır...
- Ondan da əlavə doğurdan da, Qərbi Azərbaycanın demək olar ən vətənpərvər, xalqına, millətinə, dövlətinə sadiq bir insanıdır. Ona görə də, bu gün mənim çıxışım həddini aşan bir insanın qarşısını almaqdır. İnsan mərd olar, düz danışar və bunları görməyəndən sonra filikirləşirəm buna son qoymaq lazımdır. Birincisi, boşanmayla bağlı heç bir mediatorluğa çağırılmamışam. Heç bir yerdə imza atmamışam. Yəni bu necə ola bilər? Bakı şəhərində işlədiyim yer bəllidir. Hansı qurumun saytına baxılsa, hansı sistemdə adımı, soyadımı yazsam, çıxır ki bu insan, bu adam harada işləyir, yaşayır. Yəni, bütün bunlar məlum məsələdir. Bakı balaca şəhərdir, məni tapmaq nə böyük iş oldu? Sadəcə, bəzi insanlar məqsədli olaraq belə ediblər ki, mən bu haqda bilməyim və onlar öz məkrli məqsədlərinə çatsınlar. Məkrli məqsədlərininə çatmaq da mən deyərdim başqa bir ailəni aldatmaq üçün, başqa bir ailənin qarşısında özünü göstərmək, lovğalanmaq, tamaşa qurub, şou göstərmək üçün idi. Ona görə də, yenə bunu həqiqətən səmimi qəlbdən deyirəm, məni tanıyanlar da bilir ki, düz danışıram. Ona görə də, əminliklə deyirəm ki, yoldaşım kimi Baki şəhəridə ailəcanlı ikinci adam bəlkə yoxdur. Onun ailəcanlılığı, sevgisi və qayğısı indi də üzərimizdə var.
- Bunu nədən hiss edirsiniz?
- Bilirsiniz, nədən hiss edirəm? Telefonla da danışıram, görüşürük də... İşlədiyim yerə də gəlir... hər gün... sadəcə, məlum məsələyə görə incikliyimi də hərdən qəbul eləmir. Çalışır qəlbimi, könlümü alsın və belə davranışları bu gün də davam edir. Ailə dağıdanlar haqqında danışmaq istəyirəm. Elə bilirsiniz, başqasının bədbəxtliyi üzərində xöşbəxtlik qurmaq olar? Bu mümkün deyil. Əti dırnaqdan ayırmaq olar? Doğmalıq elə bir hissdir ki, onu insana Allah verir. Bunu istəyirsiniz öz qarşınıza məqsəd qoyun ki, kimisə sevməliyəm, ya xoşbəxt olmalıyam, mümkün deyil. Çünki bu hiss insanın içindən gələn, Allahın insana verdiyi bəxşişdir. O da hər kəsə məxsus deyil. Ona görə də özlərini yığışdırıb, bəzi söhbətlərini, fikirlərini aradan götürsünlər. O ev dağıdan adam haqqında da bir-iki kəlmə demək istəyirəm. Yəni bu adam tək mənim ailəmi dağıtmaq cəhdinə durmayıb, ona insan da demək istəmirəm. Bu adam həm də öz bacısı oğlunun ailəsini dağıdıb...
- Hətta...
- Hətta! Yəni deyəcəm, mənim öz qızımın da ailəsini dağıtmağa cəhd edib. Çoox-çox... Bu adam bizim həyatımızı həqiqətən zəhər eləmişdi. Ondan qurtulmaq üçün inanın, həyat yoldaşıma özüm məcburən deyirdim ki, artıq get. O, elə şeylərə, şantajlara əl atırdı ki... həqiqətən də bu adamın analoqu yoxdur. Bu adam elə adamdır ki, məqsədinə nail olmaq üçün hər şeyə gedər.
- Nail oldu?
- Nail olmağı bilirsiniz necə oldu...
- Siz buna imkan yaratdınız...
- Bəli. Bunu mənim həyat yoldaşım da bilir. Mən imkan yaratdım. Həyat yoldaşım 35 ildir yanımda idi, getmirdi, atmırdı, ayrılmırdı. Ona demək olmazdı ki, gəl ayrılaq. Ona bu sözü qətiyyən demək olmazdı.
- Bəs necə oldu ki, boşanmağa razılıq verdi?
- Mən gördüm ki, artıq mümkün deyil. Nə mənada mümkün deyil, yəni bu adam yoldaşımdan əl çəkmirdi. Bu adam onu...
- Ancaq boşanmadan da xəbəriniz də yox idi?
- Qəti... qəti... Boşanmadan xəbərim yox idi. Hətta boşanmış halda da dalımca gəlib, məni Akademik Milli Dram Teatrına tamaşaya aparıb. Boşanmış vəziyyətdə evdə yaşayıb...
- Yəni adəti üzrə nahar edirsiniz, görüşürsünüz?
- Bəli, bəli! Bunlar hamısı olub. Sadəcə, kimsə mənə bir söz dedi, yenə özündən soruşdum ki, bəs belə bir şey eşitmişəm. Dedi ki, yox, yox. Elə bir şey yoxdur, boynuna almadı.
- Bəs necə öyrəndiniz?
- ASAN Xidmətdən. Düzünü deyim, qızım mediatordur. O öyrəndi ki, boşanma nə vaxt olub. İnanın ki, o tarixlər də yadımda deyil. Heç o tarixlər mənə maraqlı da deyil. Sadəcə, insanın münasibəti mənə daha şox maraqlıdır.
- Qarşı tərəfin neçə yaşı var?
- Qarşı tərəfin 57 yaşı var.
- Bəs 57 yaşı qadın öz ailəsini necə dağıtdı? Ailəsi var idimi?
- Ailəsi var idi. Boşanmışdı...
- Bəlkə əvvəlcədən münasibətləri olub, ancaq siz bilməsiniz?
- Bilirsiniz, necədir münasibətlər? Eyni müəssisədə işləyib, iş yoldaşı olub. Əgər mən şübhələnmişəmsə də, bunu yoldaşım heç vaxt boynuna almayıb. Yəni deməyib.
- Yəqn aralarında heç nə olmayıbkı deməyib də, yox?
- Hətta elə şey olub ki, mən hardasa şübhələnib onun özünə də nəsə yığmışam, soruşmuşam - o qadından. Qadın deyib ki, siz nə danışırsınız, sizin həyat yoldaşınız kimi tərbiyəli insan yoxdur.
- Bəs necə oldu ki, “tərbiyəsini” korladı...
- Bilirdi ki, tərbiyəlidir, bilirdi ki, tərbiyəsini korlamaq çətindir. Məqsəd qoyub, bu axır 2 ili buna nail oldu.
- Bəlkə bu bir prinsip idi? Bəlkə heç həyat yoldaşınız ona lazım da deyildi, nəyinsə qisasını alırdı? Bəlkə kiməsə göstərirdi ki, o bunu bacardı?
- Xeyir, xeyir... prinsip deyildi. Bəli, göstərmə idi. Uşaqlarına, qızlarına namizəd çıxırdı. Deyirdi, bəli mənim yoldaşım filankəsdir. Hətta mənim evimdə yoldaşım ola-ola, bir də görürdün deyir ki, filankəsdir mənim ərim, yalandan... Yalan məlumatlar yayırdı...
- Siz bilirsiniz ki, yalan məlumat yaymaq cinayətdir?
- Bəli. Yolda maşınını saxlayanda DYP-yə də belə deyib, yoldaşım filankəsdir. Hətta orda-burda dediyi elə yerə gedib çatıb ki... Məsələn, mən sizinlə oturmuşam, danırşıram, söhbət edirəm, bilirsiniz ki, yoldaşım bu insandır. Oraya gəlib adama deyib ki, onun həyat yoldaşı deyil, mənim həyat yoldaşımdır. Yəni elə qeyri-etik hərəkətlər edib ki, bu haqda çox danışa bilərəm. Mən istəyirəm ki, bugünkü gündə ev dağıdanların bir cəzası olsun. Ailə dağıdanlara bir cəza tətbiq olunsun ki, 35 illik ailəni nə cürətlə sən dağıda bilirsən? Özü də o yaşda...
- Sonuncu dəfə həyat yoldaşınızla nə vaxt danışmısınız?
- İki gün bundan əvvəl zəng etmişdi. Bir yazı getmişdi. Yazıda təkzib verilmişdi.
- Nəyin təkzibi?
- Təkzib getmişdi ki, mənim adımdan heç bir boşanmadan xəbərim olmayıb. Bu günədək də mənim həyat yoldaşım öz ailəsinin üstündədir, öz ailəsiylə maraqlanır, ailəsinə mehribançılığı sonsuzdur. Bunun təkzibini edərək, yoldaşımın adından yazılmışdı ki, guya neçə il bunu sevib, axırda alıb. Əgər həqiqətən sevibdisə də, niyə o qədər illəri gözləməliydi? Axırıncı günə qədər, nə vaxtki mən dözməyib evdən getdim, o vaxtadək ailəsinin içində olub. İnanın ki, bu xəbəri eşitdiyimdən sonra 3 ay məni özünə barışdıra bilmədi. Gəldi-getdi, buna nəvələrim, uşaqlarım və qonşularım da şahiddir. Nəvələrim böyükdür. İnanın ki, babaları onlarla nəfəs alır. İnanın ki, babaları özünü oda- közə atıb, onların hər bir işində yaxından iştirak edir.
- Bu qədər sizi sevir... Mən sizin yazışmalardan da bunu görmüşəm. Sizi bu qədər hədsiz sevir, onu saxlayan nədir ki, geri qayıda bilmir? Bəlkə onu şantaj edirlər?
- Bunsuz mümkün deyil, əlbəttə...
- Əminsiniz?
- Bəli, əminəm.
- Düşünürsünüzmü, həyat yoldaşınız yaxın zamanda geri qayıdacaq?
- Hər halda özü bunu mənə hər gün deyir.
- Geri qayiddacam?
- Bəli, geri qayıdacam...
- Geri qayıtsa, qəbul edəcəksiniz?
- Mən heç fikirləşmirəm ki, o, evdən gedib.
- Elə həmişəki kimi evdədir?
- Bəli, elə həmişəki kimi evindədir...
- Böyük ürəyiniz var...
Gülnaz Qənbərli
Azadmediatv.net



