“Türkmənistan və Azərbaycan prezidentlərinin əməkdaşlığı qardaşlığın rəmzidir” – HAŞİM SAFTAROV
Müsahibim “Turkmen Caspian Lines” Şirkətinin təsisçisi Haşim Saftarovdur.
TƏQDİMAT:
Haşim Saftarov Türkmənistanda fəaliyyət göstərən azərbaycanlı iş adamı və ictimai fəaldır. O, Türkmənistanın “Turkmen Caspian Lines” Şirkətinin təsisçisidir və yerli azərbaycanlı icmasının ictimai-mədəni təşəbbüslərində, o cümlədən xeyriyyə və ağacəkmə aksiyalarında fəal iştirak edir. Türkmən xalqının Ümummilli Liderinin təşəbbüsünü dəstəkləyənlərdən biri də Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunan “Görkəmli şəxsiyyətlərin həyatı - Heydər Əliyev” kitabını Türkmən dilinə tərcüməsi və Azərbaycanın Türkmənistandakı Səfirliyinin ərazisində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi şərəfinə xatirə bağın salınması kimi ictimai layihələr həyata keçirən iş adamıdır. Türkmənistan prezidenti Sərdar Berdimuhəmmədovun “Oğuz elinə Bahar gəlir” Novruz Bayramı şərəfinə keçirilən ağacəkmə aksiyası bu ekoloji xeyriyyə layihəsində Haşim Saftarov Azərbaycanın Türkmənistandakı Səfirliyi ilə bərabər təşəbbüsə qoşulub səfirliyimizin ətrafında Aşqabadda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ağacəkmə və yaşıllaşdırma aksiyalarında yxından iştirak edib. Azərbaycanın Türkmənistandakı səfirliyinin dəstəyi ilə həyata keçirilən layihələrdə və yerli xeyriyyə təşəbbüslərinin dəstəklənməsində çıxışlar edir. Haşim Səftərov Azərbaycanın ictimai-siyasi və diaspor fəaliyyətində, o cümlədən uşaq hüquqları, ailə dəyərləri və beynəlxalq humanitar sahədə xidmətləri ilə tanınan görkəmli şəxslərdən biridir. O, müxtəlif tədbirlərdə və rəsmi qurumların açıqlamalarında ölkənin humanist ideallarını və gənc nəslə qayğı siyasətini dəstəkləyən çıxışları ilə tanınır. Heydər Əliyevin irsinin, uşaq hüquqlarının qorunması və ailə dəyərlərinin təbliği istiqamətində də fəaliyyət göstərən şəxsiyyətlərdəndir. Həmçinin, Azərbaycan və Türkmənistan arasındakı qardaşlıq və xeyriyyə təşəbbüsləri (məsələn, Qurbanqulu Berdimuhəmmədov adına Fond və Heydər Əliyev Fondu xətti ilə) ilə bağlı tədbirlərdə iştirak və çıxışlar edir. Hər il mayın 10-da Ulu Öndərin doğum günü münasibətiylə Qurbanqulu Berdimuhəmmədov adına Qayğıya Ehtiyacı olan Uşaqlara Yardım Xeyriyyə Fonduna ianələin təşkilatçısıdır.
Haşım Səftərovla maraqlı müsahibəni Azadmediatv.net oxuculara təqdim edir.
- Haşım bəy, siz Türkmənistanın iş adamlarını ölkənin milli lideri Qurbanqulu Berimuhəmmədovun təşəbbüsünü dəsətəkləməyə çağırış etmisiniz. Fond və onun əsas məqsədi barədə məlumat verməyinizi xahiş edirik. Qurbanqulu Berdimuhəmmədov adına Qayğıya Ehtiyacı olan Uşaqlara Yardım Xeyriyyə Fondunun qarşısında hansı əsas vəzifələr dayanır?
- Qurbanqulu Berdimuhəmmədov adına Qayğıya Ehtiyacı olan Uşaqlara Yardım Xeyriyyə Fondunun missiyası xeyir-savab işlər görmək, köməyə ehtiyacı olanlara dövlət səviyyəsində yardım etmək, gələcək sağlam nəsillərin yetişməsi istiqamətində aparılan Türkmənistanın əsas dövlət siyasətidir. Qurbanqulu Berdimuhəmmədov adına Qayğıya Ehtiyacı olan Uşaqlara Yardım Xeyriyyə Fondu Türkmənistanda valideyn himayəsindən məhrum olmuş uşaqlara hərtərəfli yardım göstərmək üçün unikal təşəbbüsə çevrilib. Türkmən xalqının Ümummilli Liderinin təklifi ilə 2021-ci ilin martında yaradılan fondun əsas məqsədi dövlət və cəmiyyətin xüsusi qayğısına ehtiyacı olan gənc türkmən vətəndaşlarına sosial dəstək göstərməkdir. Fond mürəkkəb əməliyyatların maliyyələşdirilməsindən və xəstəxanalar üçün tibbi avadanlıqların alınmasından tutmuş, uşaq evləri və internat məktəblərinə maliyyə yardımınadək bir çox fəaliyyət istiqamətlərinə malikdir.

- Fondun fəaliyyəti çərçivəsində uşaqlara hansı sferada dəstək göstərilir?
- Qurbanqulu Berdimuhəmmədov adına Qayğıya Ehtiyacı olan Uşaqlara Yardım Xeyriyyə Fondu Türkmənistanın Səhiyyə Nazrliyi ilə bərbər ən yeni texnologiya ilə təhciz olunmuş beynəlxalq səviyyəli mərkəzləri xalqın üzünə açaraq, qayğıya ehtiyacı olan uşaqların düzgün mualicəsini təşkil etməkdə davam edir. İşgüzar dairələr Türkmənistanın Xalq Məsləhətinin rəhbəri Qurbanqulu Berdimuhəmmədovun valideyn himayəsindən məhrum olmuş uşaqlara hərtərəfli yardım göstərməyə yönəlmiş təşəbbüsünü dəstəkləyir. Bu fondun qarşıya qoyduğu məqsədlər və amallarla Heydər Əliyev Fondunun fəaliyyətində paralellər var. Həmçinin, uşaq hüquqlarının qorunmasında, ailə dəyərlərinin möhkəmləndirilməsində əvəzsiz xidmətlər göstərir, gənc nəslə qayğı, onların humanizm və vətənpərvərlik ruhunda tərbiyəsinin hər bir məsuliyyətli hökumət üçün mütləq prioritetdir. Beləliklə, Qurbanqulu Berdimuhəmmədov adına Qayğıya Ehtiyacı olan Uşaqlara Yardım Xeyriyyə Fondunun və Heydər Əliyev Fondunun fəaliyyətini ümumi humanist idealar və yeni nəsillərə qayğı birləşdirir. Bu kəsişmə Türkmən və Azərbaycan xalqları arasında xoş qardaşlıq və qarşılıqlı anlaşma ənənələrinin təzahürüdür. Qurbanqulu Berdimuhəmmədov adına Qayğıya Ehtiyacı olan Uşaqlara Yardım Xeyriyyə Fondu təkcə Türkmənistanlı uşaqlara deyil, qonşu dövlətlərdə də fövqaladə hallar və təbii fəlakətlər baş verən zamanı milli mənsubiyyətindən aslı olmayaraq, Beynəlxalq təşkilatlarla birlikdə uşaqların qeydinə qalır ki, bu da beynəlxalq aləmin təəccübünə səbəb olur. Bu cür xeyriyyətçilik əməllərini köməyə ehtiyacı olan qonşulara yardım etmək ənənəsini hələ qədim türkmənlərin min illərdən bəri gələn Oğuz elinin humanist insanpərvər adət-ənənələrinin davamı hesab etmək olar. 
- Bu fəaliyyət zamanı sizi ən çox təsirləndirən və yaddaqalan hadisə hansı olub? Yardım göstərdiyiniz uşaqlardan aldığınız hansısa bir reaksiya sizin üçün xüsusi əhəmiyyət daşıyırmı?
- Qurbanqulu Berdimuhəmmədov adına Xeyriyyə Fondu təkcə tibbi yardımlarla deyil, həm də dünya mədəniyyətlərinin dialoqunda böyük rol oynayır. Qədim Oğuz yurdunda azad olmuş Qarabağ torpaqlarında, Füzuli rayonunda Türkmənisatın milli lideri Qurbanqulu Berdimuhammədovun və Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə məscid tikintisini həyata keçirilməsi Türkmənistanın birtərəflik, sülhpərvər, humanist siyasətinin bəhrəsidi. Məscid tikmək Peyğəmbərlərə və övləyalara xas olan missiyadır. Türkmənistanın milli lideri Haci Arxadağın (Türkmənistanın milli lideri və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhammadov rəsmi olaraq Arkadag -"hami, arxa duran" adlandırılır. -red.) bu böyük səxavətli işləri həm Türkmənistanda həm Azərbaycanda böyük alqışlarla qarşılanır. Azərbaycan Prezidenri İlham Əliyevlə Türkmənisatan prezidenti Sərdar Berdimuhammədovun mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhərinə səfəri və Şuşa sakinlərinin prezidentləri böyük hörmətlə qarşılaması, uşaqları öz doğmaları kimi bağırlarına basması böyük humanist və sülhpərvər siyasətin bəhərəsidir. 
- İki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq mövcuddur.Dövlət başçuları qarşılıqlı səfərlər həyata keçirir və müxtəlif sazişlər imzalayırlar. Qeyd edim ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Türkmənistanın milli liderinin kitabları böyük maraqla müzakirə edilib. Bu kitablar tibb elmində, mədəniyyətdə, fəlsəfədə və iqtisadiyyatda min illərdən gələn Oğuz Elinin tarixi və adət-ənənələri elmi təsdiqini tapıb. Belə ki, 2025-ci ildə keçirilən onlayn toplantıda Dünya Azərbaycanlılarının nümayəndələri ümummilli lider Heydər Əliyevin müqəddəs azərbaycançılıq ideyalarını və Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi qeyd edilib. Həmçinin, Türkmənistanın prezidenti Sərdar Berdimuhəmmədovun bitərəflik və sülhpərvər siyasəti böyük marağa səbəb olub. Bu haqda yazılmış kitabı Azərbaycan dilində tərcümə olunması üçün Türkmənistanın Azərbaycandakı səfirliyinə müraciət olunması Dünya Azərbaycanlılarının qardaş dövlət olan Türkmənistanın marağını əks etdirir. Həmçinin Qurbanqulu Berdimuhəmmədovun böyük məna daşıyan şerlərinə Azərbaycan bəstəkarları tərəfindən musiqi bəstələnməsi kimi təşəbbüslər irəli sürülüb. Bu da iki qardaş ölkənin bir-birinə olan diqqət və qayğısıdır.
Gülnaz Qənbərli
Azadmediatv.net



