“Meydan TV” işi üzrə istintaq yekunlaşıb
Bu gün, avqustun 28-də “Meydan TV işi” üzrə istintaq yekunlaşıb.
Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaqın sonunda təqsirləndirilən şəxslərə yekun ittiham elan olunub.
Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
İş üzrə həbs edilən jurnalistlər ümumilikdə Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunurlar.
Tanışolmadan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.



