İndiyədək Azərbaycandan Türkiyəyə və qardaş ölkə üzərindən beynəlxalq bazarlara 561 milyon ton neft göndərilib
İndiyədək mövcud neft-qaz infrastrukturu vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyə üzərindən beynəlxalq bazarlara ümumilikdə 561 milyon ton neft və 196 milyard kubmetr qaz tədarük edilib.
Azadmediatv xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu müddətdə Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub, bunun 40 milyard kubmetri TANAP-ın payına düşüb.
“Təkcə bu ilin 8 ayında Türkiyəyə 6,2 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələrinə 7,5 milyard kubmetr, Suriyaya isə 1 milyard kubmetr Azərbaycan qazı göndərilib", - deyə nazir qeyd edib.



