Daxili İşlər Nazirliyi kibercinayətkarları zərərsizləşdirib
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən internet informasiya resurslarından istifadə etməklə xaricdən idarə edilən onlayn qumar oyunlarının təşkili və əlaqəli qanunsuz əməllər törədən mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində həyata keçirilən əməliyyat tədbirləri yekunlaşıb.
Kiberpolisin Gürcüstan Respublikasında yerli hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi tədbirlərlə “chc.play” platformasına bağlı “Martin” kazino və digər adlar altında qanunsuz qumar oyunlarının təşkilində təqsirli bilinərək axtarışda olan cinayətkar qruplaşmanın rəhbəri Əliyev Anar İslam oğlu (“Anar007”) saxlanılaraq ölkəyə gətirilib.
Əməliyyatlar çərçivəsində A.Əliyevin yaratdığı dəstənin digər üzvləri - Əşrəf Həsənzadə, Seymur Nurullayev, Etibar Sultanov, Rəşad Rzazadə, Şərqin Əliyev və Əliyev Anar Surac oğlu da saxlanılaraq istintaqa cəlb edilib.



