Ramiz Duyğun vəfat edib
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş sabiq rəisi polkovnik, şair publisist Ramiz Duyğun uzun sürən xəstəlikdən sonra bu gün 87 yaşında vəfat edib.
Xatırladaq ki, Ramiz Duyğun (Məlikov) 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühur kəndində anadan olub.
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət edib. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) işləyib.
Ehtiyatda olan tibb xidməti polkovnik, "Hünər" televiziya verilişinin müəlliflərindən biri və aparıcısı idi.
Ramiz Duyğunun "Vətən kimi şirin", "Vətən beşiyim mənim", "Göy üzü damar-damar" kimi şeir kitablarının müəllifidir.
O, uzun sürən xəstəlikdən sonra 87 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin....
Azadmediatv.com



