Uels - Türkiyə oyunu üçün təyinatlar açıqlanıb
Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək Uels - Türkiyə oyunu üçün təyinatlar açıqlanıb.
Azadmediatv.com-un xəbərinə görə, qarşılaşma Portuqaliyanın hakimlər briqadasına tapşırılıb.
Belə ki, matç zamanı Referi Artur Diaşa Rui Taveres və Paulu Soareş köməklik göstərəcək. 4-cü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək. VAR hakimi isə portuqaliyalı Joau Pineyrodur.
Qeyd edək ki, iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə matçı Balə vaxtə ilə saat 20:00-da başlayacaq.
Azadmediatv.com



