KWU  - Azərbaycan Təşkilatının hesabat-seçki konfransı keçirilib

KWU - Azərbaycan Təşkilatının hesabat-seçki konfransı keçirilib

 İyulun 31-də  Bakıda KWU - Azərbaycan Təşkilatının hesabat-seçki konfransı keçirilib.


Azadmediatv.com-un xəbərinə görə, konfransda 40 nəfər iştirak edib. Belə ki,  konfransın gündəliyinə  KWU Azərbaycan Təşkilatının 2019-2021-ci illər ərzində görülən işlərinin hesabatı,  KWU Azərbaycan Təşkilatına İdarə Heyətinin və sədrinin seçilməsi,  KWU Azərbaycanın Təşkilatının daxili nizam-intizam qaydaları,  KWU Azərbaycanın Təşkilatının “Senşi” yığma komandasına məşqçi təyin olunması,  14-15 avqust 2021-ci il tarixlərində keçiriləcək KWU Azərbaycanın Təşkilatının II açıq “yay düşərgəsi” və 27-28 noyabr 2021-ci il tarixlərində keçiriləcək KWU Azərbaycanın Təşkilatının II açıq Azərbaycan çempionatına hazırlıq işləri haqqında və digər məsələlər daxil edilib. 


Konfranns öz işinə Azərbaycanın müstəqilliyi uğunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlaylb. 


 KWU Azərbaycanın Təşkilatının sədri Qələndər Aslanov  və  KWU Azərbaycanın Təşkilatının nəzarət-təftiş komitəsinin sədri Ələkbər Abbasov çıxış edərək,  2019-2021-ci illərdə görülən işlərin hesabatını veriblər.


Çıxış edənlərdən,  KWU Azərbaycanın Təşkilatının texniki direktoru Vidadi Xəlilov  II yay düşərgəsi haqqında məlumat verərək, bildirib ki,  2021-ci avqustin 14-15-də Bakının Novxanı çimərliyində 2 günlük seminar keçiriləcək: "Hər bir təşkilat və onun üzvləri seminara qatıla bilər. Seminarda yaş və kəmər dərəcələrinə görə iştirakçı sayından asılı olaraq ən azı 4 qrup olacaq. Seminarın proqramı haqqında dəqiq məlumatlar və Əsasnamə yaxın günlərdə yayımlanacaq, ətraflı tanış ola bilərsiniz".

KWU  Azərbaycanın Təşkilatının yığma komandasının baş məşqçisi Rza Mustafayev isə qeyd edib ki, hazırda  yığma komanda müvəqqəti tətildədir, tezliklə məşqlərə start veriləcək: "Hər bir yığma komanda üzvünün məşqlərə gəlməsini xahiş edirəm. Yığma komandanın məşqlərinə gəlməyənlərin haqqında ciddi tədbir görüləcək. Qarşıda 27-28 noyabr 2021-ci il tarixlərində keçiriIəcək II açıq Azərbaycan çempionatı var. Həmin yarış bildiyiniz kimi yeni yığma komandanın tərkibini müəyyən edir. Çalışmaq lazımdır ki, yığma komandanın üzvü seçiləsiniz. Baxmayaraq ki, bu il pandemiya səbəbindən dünya çempionatı keçirilməyəcək, təxirə salınıb, biz öz formamızı itirməmələlik. Hər birinizə uğurlar arzulayıram".


 KWU Azərbaycanın Təşkilatının texniki məsələlər üzrə rəhbəri Elşad Əliyev də görülən işlər barəsində konfrans iştirakçılarına hesabat verib.  Çıxış edənlərdən KWU Azərbaycanın Təşkilatının üzvləri 44 günlük Vətən Müharibəsinin iştirakçısı və qazisi baş leytenant Namiq Seyfəddinli və müharibə veteranı İlqar Abdullazadə  Kyokuşinkay-ın önəmini vurğulayaraq, gəncləri bu idman növüylə məşğul olmağa dəvət ediblər.

Tədbirin sonunda KWU Azərbaycanın Təşkilatının sədrinin və nəzarət-təftiş komitəsinin hesabatları açıq səs verməyə çıxarılıaraq, yekdilliklə qəbul edilib. 
KWU Azərbaycanın Təşkilatının İdarə Heyətinə yeni üzvlərin seçilməsi üçün Gülnaz Qənbərli və Habil Niftalının namizədliyi təklif olunaraq,  açıq səs verməyə çıxarılıb və yekdilliklə qəbul edilib.  Gülnaz Qənbərli və İFK təşkilatının fəxri prezidenti Mahir Ramazanov onlara göstərilən etimada görə KWU Azərbaycanın Təşkilatına təşəkkürlərini bildiriblər.

KWU Azərbaycanın Təşkilatı İdarə Heyətinin təklifi ilə Qələndər Aslanov  yenidən sədrliyə namizədliyi təklifi irəli sürülüb və açıq səs verməylə qəbul edilib. 
Konfrasda  KWU Azərbaycanın Təşkilatının sədrinin və nəzarət-təftiş komitəsinin hesabatı nəzərə alınaraq,  kafi qiymətləndirilib.  KWU Azərbaycanın Təşkilatının sədri vəzifəsinə növbəti 2 (iki) il üçün Qələndər Aslanov təsdiqlənib,  KWU Azərbaycanın Təşkilatının “Senşi” döyüş bölməsinə isə  İkram Quliyev məşqçi təyin olunub və  KWU Azərbaycanın Təşkilatının İH-nin aşağıdakı tərkibdə olması qərara alınıb:

1. QƏLƏNDƏR ASLANOV - KWU Azərbaycanın Təşkilatının sədri (KYOKUŞİN-KAN nümayəndəsi).

2. ƏLƏKBƏR ABBASOV – KWU Azərbaycanın Təşkilatının nəzarət-təftiş komitəsinin sədri (KYOKUŞİN-KAN üzvü).

3. RZA MUSTAFAYEV - KWU Azərbaycanın Təşkilatının yığma komandanın baş məşqçisi (KWF nümayəndəsi).

4. ELŞAD ƏLİYEV – KWU Azərbaycanın Təşkilatının texniki məsələlər üzrə rəhbəri (İFK nümayəndəsi).

5. VİDADİ XƏLİLOV – KWU Azərbaycanın Təşkilatının texniki direktoru (IKO MATSUŞİMA nümayəndəsi).

6. HABİL NİFTALI – KWU Azərbaycanın Təşkilatının mətbuat katibi (KYOKUŞİN-KAN üzvü).

7. GÜLNAZ QƏNBƏRLİ – KWU Azərbaycanın Təşkilatının Beynəlxalq əlaqələr üzrə koordinatoru (beynəlxalq jurnalist).
 Azadmediatv.com