İlkin Süleymanova ağır itki üz verib
"Nərmin işi”ndə təqsirləndirilən İlkin Süleymanovun ailəsində ağır itki baş verib.
Azadmediatv.net xəbər verir ki, onun atası, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, təqaüddə olan müəllim İbrahim Süleymanov oktyabrın 19-da qəflətən vəfat edib.
Qeyd edək ki, İbrahim Süleymanov uzun illər Tovuz rayonunun Dondar Quşçu kəndində fizika müəllimi işləyib.
O, oğlu İlkin Süleymanovun günahsız olduğunu iddia edərək müxtəlif dövlət qurumlarına və ölkə rəhbərliyinə dəfələrlə müraciət edib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Qeyd edək ki, İ,Süleymanova AR Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Gülnaz Qənbərli
Azadmediatv.com



