Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb

Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.

Azadmediatv.com xəbər verir ki, bu haqda G. Hacıbəyli sosil şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, İstanbulda kirayədə yaşadığı evə  noyabrın 30-u saat 02 radələrində əmniyyət əməkdaşları gəlib. G.Hacıbəyli, polis bölməsinə aparıldığını qeyd edib.

Gültəkin Hacıbəyli digər paylaşımında Azərbaycana deportasiya olunacağını istisna etməyib.

Qeyd edək ki, noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahimin evində axtarış aparıb. Hazırda DTX-də partiya funksionerlərinin dindirilməsi davam edir.
Xatırladaq ki, həbslər Prezident Admistrasiyasnın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə davam edən istintaqla bağlıdır.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR