Türkər Əliyeva hüquq-mühafizə orqanlarına müraciət edib

Türkər Əliyeva hüquq-mühafizə orqanlarına müraciət edib

Abşeron Ərazi İdarəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət edən Türkər Əliyevanın iştirakı ilə baş verən insident ətrafında müzakirələr bitmir. 

Qeyd edək ki, Türkər Əliyeva daşınmaz əmlaka dair sənədlərlə bağlı məsələnin həlli üçün idarəyə müraciət edib. Bildirilir ki, o, bundan əvvəl də bir neçə gün ərzində məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciətlər edib.

İdarə əməkdaşları təqdim olunan sənədin həqiqiliyi ilə bağlı şübhələrə düşüblər. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.
Məlumata görə,  baş verənlərlə bağlı Türkər Əliyeva  hüquq-mühafizə orqanlarına müraciət edib.  Hazırda araşdırma aparılır.
Qeyd edək ki, Türkər Əliyeva  Müdafiə Nazirliyi idarəsinin sabiq rəisi, general-mayor Natiq Əliyevin qızıdır. O, yayımladığı video müraciətdə hadisəyə fərqli mövqedən yanaşıb. O, Abşeron rayon daşınmaz əmlak idarəsində Orxan Əlizadə adlı şəxsin ona təzyiq göstərdiyini bildirib və baş verənlərlə bağlı aidiyyəti dövlət qurumlarından araşdırma aparılmasını istəyib.
Xatırladaq ki, Natiq Əliyev uzun müddət Müdafiə Nazirliyi Tibb xidmətinin rəisi işləyib. O 1964-cü ildə Qərbi Azərbaycanın Krasnoselo (Çəmbərək) rayonunun Əmirxeyir kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. 
1999-2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.
2013-cü ildə tibb-xidməti General-mayor hərbi rütbəsi verilib. 2020-ci ilin iyunundan işdən çıxarılıb. Generalın iki övladı var. Türkər və Namiq Əliyevlər.

Mövzunu diqqətdə saxlayacağıq.

Azadmediatv.net





OXŞAR XƏBƏRLƏR