"Rusiya Jurnalistlər İttifaqı" Kəlbəcərdə həlak olan jurnalistlərlə bağlı başsağlığı verib

"Rusiya Jurnalistlər İttifaqı" Kəlbəcər rayonunda minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərlə bağlı başsağlığı verib.

Azadmediatv.com-un xəbərinə görə,  başsağlığı  "Rusiya Jurnalistlər Ittifaqı"nın saytında dərc olunub: “Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində 2 jurnalist həlak olub. Partlayışın qurbanları bizim həmkarlarımızdır.  Həlak olan jurnalistlər telekanalın operatoru Sirac Abışov və "AzərTac" İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimovdur.

"Rusiya Jurnalistlər Ittifaqı" həlak olanların doğmalarına, yaxınlarına və  həmkarlarına dərin hüznlə  başsağlığını verir”.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR