Qovulan  Rusiya diplomatlarının  sayı 250-yə çatıb

Qovulan Rusiya diplomatlarının sayı 250-yə çatıb

Ukraynada müharibÉ™ baÅŸlayandan QÉ™rb ölkÉ™lÉ™rindÉ™n  qovulan vÉ™ çıxarılan Rusiya diplomatlarının sayı 250-yÉ™ çatıb.

Azadmediatv.com Rusiya KİV-nÉ™ istinadÉ™n xÉ™bÉ™r verir ki, müharibÉ™ baÅŸlayandan  Ä°taliya 30, Danimarka 15, İsveç 3, Fransa 30, Almaniya 40, Niderland 17, Belçika 21, İrlandiya 4, Çexiya 1, Åžimali Makedoniya 5, PolÅŸa 45, Bolqarıstan 12, Litva 4, Estoniya 3, Latviya 3, Slovakiya 3, Monteneqro 1, Lüksemburq 1, Norveç 3 Rusiya diplomatını arzuolunmaz ÅŸÉ™xs elan edÉ™rÉ™k ölkÉ™dÉ™n çıxarıb.

Bundan baÅŸqa, ABÅž Moskvanın BMT-dÉ™ki nümayÉ™ndÉ™liyinin 12 diplomatını ölkÉ™dÉ™n qovub.

Ukraynada müharibÉ™ baÅŸlayandan sonra Rusiya diplomatlarından persona non-qrata elan etmÉ™yÉ™n Avropa dövlÉ™tlÉ™ri isÉ™ Avstriya, Albaniya, Bosniya-Hersoqovina, Böyük Britaniya, Vatikan, Macarıstan, CÉ™nubi Kipr, Malta, Moldova, Serbiya, Finlandiya, Xorvatiya, İsveçrÉ™dir.

MÉ™lumata görÉ™, Rusiyanın Monoko, LixtenÅŸteyn, San-Marino vÉ™ Andorrada diplomatik nümayÉ™ndÉ™liyi yoxdur. Moskvanın Fransa, İtaliya vÉ™ İspaniyadakı sÉ™firliklÉ™ri hÉ™min ölkÉ™lÉ™r üzrÉ™ akkreditasiya olunublar.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgÉ™sindÉ™ hÉ™rbi É™mÉ™liyyatlara baÅŸlayıb. NÉ™ticÉ™dÉ™ Donetsk vÉ™ Luqansk vilayÉ™tlÉ™rinin böyük hissÉ™si separatçıların nÉ™zarÉ™tinÉ™ keçib. DöyüÅŸlÉ™r Ukraynanın Silahlı QüvvÉ™lÉ™ri vÉ™ Rusiyanın dÉ™stÉ™klÉ™diyi qondarma Donetsk vÉ™ Luqansk respublikalarının silahlıları arasında gedib. RÉ™smi Moskva döyüÅŸlÉ™rdÉ™ iÅŸtirakının olması ittihamını rÉ™dd edib.

Daha sonra 2020-ci ilin sonundan baÅŸlayaraq Ukrayna vÉ™ Rusiya arasında münasibÉ™tlÉ™r daha da gÉ™rginləşmÉ™yÉ™ baÅŸlayıb, Donbasda tÉ™mas xÉ™ttindÉ™ atəşkÉ™sin pozulması mütÉ™madi xarakter alıb. ABÅž baÅŸda olmaqla Ukraynanın müttÉ™fiqlÉ™ri hÉ™rbi vÉ™ maliyyÉ™ cÉ™hÉ™tdÉ™n rÉ™smi KiyevÉ™ yardım etsÉ™ dÉ™, münaqiÅŸÉ™yÉ™ birbaÅŸa müdaxilÉ™ etmÉ™yÉ™cÉ™klÉ™rini vurÄŸulayıblar.

2022-ci ilin fevralın 21-dÉ™ Rusiya Prezidenti Vladimir Putin xalqa müraciÉ™tindÉ™ Ukraynanın Donbas É™razisindÉ™ yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla baÄŸlı fÉ™rman imzalayıb.

2022-ci ilin fevralın 24-dÉ™ Rusiya Silahlı QüvvÉ™lÉ™ri Ukraynanın “denasifikasiya vÉ™ demilitarizasiyası” (nasizm ünsürlÉ™rindÉ™n tÉ™mizlÉ™nmÉ™ vÉ™ silahsızlaÅŸdırılma), habelÉ™ Donetsk vÉ™ Luqansk “respublikalarının É™razi bütövlüyünün” tÉ™min olunması mÉ™qsÉ™dilÉ™ ölkÉ™yÉ™ ÅŸÉ™rq, cÉ™nub (Krım) vÉ™ ÅŸimal (Belarus) istiqamÉ™tlÉ™rdÉ™n hücuma baÅŸlayıb. Rusiyada “xüsusi hÉ™rbi É™mÉ™liyyat” adlanan bu müharibÉ™dÉ™ indiyÉ™dÉ™k Ukraynanın bir sıra ÅŸÉ™hÉ™rlÉ™ri, o cümlÉ™dÉ™n Xerson, Melitopol ÅŸÉ™hÉ™rlÉ™ri iÅŸÄŸal edilib. MinlÉ™rlÉ™ dinc sakin hÉ™lak olub, milyonlarla insan yurdlarından didÉ™rgin salınıb. MüharibÉ™nin ilk günlÉ™rindÉ™n QÉ™rb Rusiyaya qarşı É™n sÉ™rt iqtisadi sanksiyaları iÅŸÉ™ salıb. NÉ™ticÉ™dÉ™ ölkÉ™nin milli valyutası rubl çöküÅŸ yaÅŸayır. Bu sanksiyalar ilk dÉ™fÉ™ olaraq humanitar sahÉ™lÉ™rÉ™ dÉ™ toxunub.

Bundan baÅŸqa, BeynÉ™lxalq CinayÉ™t MÉ™hkÉ™mÉ™sindÉ™ (Haaqa) Rusiyanın Ukraynaya qarşı tÉ™cavüzü ilÉ™ É™laqÉ™dar insanlığa qarşı cinayÉ™tlÉ™rin araÅŸdırılmasına baÅŸlayıb.

Qeyd edÉ™k ki, AzÉ™rbaycan daxil olmaqla, BMT üzvlÉ™rinin mütlÉ™q É™ksÉ™riyyÉ™ti Krım yarımadası vÉ™ Donbası Ukraynanın É™razisi olaraq tanıyır.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR