Elçibəyin daha bir yaxını vəfat edib

Elçibəyin daha bir yaxını vəfat edib

İyunun 19-u gecə saatlarında Azərbaycan Respublikasının II-ci prezidenti Əbülfəz Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi və silahdaşı, ehtiyatda olan polkovnik Oqtay Məmmədov vəfat edib.

Azadmediatv.net xəbər verir ki, bu haqda Ə. Elçibəyin kürəkəni Aqil Səmədbəyli sosial şəbəkə hesabında paylaşım edib. 

 

Qeyd edək ki, O. Məmmədov 1992-1993-cü illərdə Əbülfəz Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi olub.

 

Xatırladaq ki, Oqtay Məmmədov, həmçinin 1993-cü ilin iyun hadisələrindən sonra Ə.Elçibəy Bakını tərk edərək Naxçıvan MR, Ordubad rayonunun Kələki kəndinə yerləşdiyi gizli səfərdə onu müşayiət edən ən inandlğı şəxslərdən biri olub.

Allah rəhmət eləsin.

Gülnaz Qənbərli

Azadmediatv.net





OXŞAR XƏBƏRLƏR