Məmməd İbrahimə bu cəza verilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində də 2 ay 15 gün ay həbs qətimkan tədbiri seçilib. Qərar dekabrın 1-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Ona qarşı da Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – (hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə ittiham irəli sürülüb.
Məmməd İbrahimi noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlanılıb. Onunla eyni gündə partiyanın sədri Əli Kərimli də saxlanılıb. Onların evlərində axtarış aparılıb.
Azadmediatv.com



