Məmməd İbrahim saxlanılıb
Xəbər verdiyimiz kimi AXCP sədri Əli Kərimlinin evində hazırda axtarış aparıldığı bildirilir.
Bu barədə partiyanın mətbuat xidmətinin rəhbəti, hazırda Fransada yaşayan Natiq Adilov sosial hesabənda paylaşım edib.
Onun sözlərinə hörə, axtarışı Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyini bildirib.
Əli Kərimlidən başqa partiyanın Ali Məclisinin katibi Məmməd İbrahimin də evində axtarış aparıldığı qeyd olunur. Bu barədə məlumat verən ailə üzvləri onun saxlanıldığını təsdiqləyiblər.
Bir müddət əvvəl barəsində cinayət işi açılan Ramiz Mehdiyevlə bağlı hökumətyönümlü medianın məlumatlarında onun Əli Kərimli ilə əlaqələrindən bəhs edilirdi.
Gülnaz Qənbərli
Azadmediatv.com



