Roza Əliqızı futbolçu Qazilərlə görüş keçirib
Roza Əliqızı Futbolçu Qazilərlə görüş keçirib
"Əsgər Ailəsi Cəmiyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyi Abşeron Qaziləri Amputat Milli Futbol komandasıyla görüş keçirib.
Azadmediatv.com xəbər verir ki, görüşdə ilk olaraq, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Komandanın rəhbərləri Qarabağ qaziləri Elnur Sadıqov və Fərda Eyyubov görüş zamanı çıxış edərək qazilərdən ibarət bu komandanın fəailiyətindən və uğurlarından danışıblar.
Ehtiyatda olan zabit Fərda Eyyubov da qazilərimizdən ibarət yaradılmış futbol komandasının onların həyatına müsbət təsiri olduğunu qeyd edərək əlavə etdi ki, qazilərimiz çox emosional və həssas qropuda olduqları üçün hər şeyi içlərinə salır, stres keçirirlər.
Lakin bu oyun zamanı qazilərimiz həm məşq, həm də yarış zamanı bu stresləri ataraq rahatlaşırlar.
Tədbirin təşkilatçısı, Qarabağ Müharibəsi veteranı Roza Əliqızı da çıxışında bu fəailiyyətin uğurlu və ürəkaçan olduğunu vurğulayıb.
R.Əliqızı bildirib ki, bir çox sahələrdə qazilərimizin asudə vaxtlarını belə səmərəli işlərlə davam etməsi arzuolunandır.
R.Əliqızı və komandanın rəhbəri Elnur Sadıqov son vaxtlar bəzi şəxslərin nalayiq hərəkətləri ucbatından qazilərimizi gözdən salmağa çalışanlar olsa da, vətənin azadlığı uğrunda canından keçən, bu yolda ayaqlarını, qollarını, gözlərini, ümumiyyətlə, sağlamlığını itirən qazilərimiz var ki, xalqımız onlarla qürur duyur.
Komandanın hər bir üzvü Qarabağda zəfərimuz uğrundan sağlamlıqlarını itirən Qarabağ əlilləridir ki, onların arasında həm 1992 -ci ilin, həm də 44 günlük müharibənin qəhrəmanlarıı da var.
İndiyədək ərazi bütövlüyümüz uğrunda mübarizə aparıb zəfər yaşadan qazilərimiz, bundan sonra isə Azərbaycan futbolu uğrunda, Azərbaycan bayrağını yüksəltmək uğrunda mübarizə aparacaqlar.
Qeyd edilib ki, komanda hazırda Zəfərin 5 illik yubileyi münasibəti ilə Türkiyənin Ankara şəhərində keçiriləcək yarışa hazırlaşır.
Bir sözlə, qazilərimizin alın yazısıdır zəfər qazanıb Azərbaycan bayrağını yüksəltmək, onların tək bir istəkləri var, onlara bu yolda sahib çıxıb maddi və maliyə dəstəyi vermək.
Çıxışın sonunda komanda rəhbəri Elnur Sadıqov bu görüş üçün R.Əluqızına hər zaman qazilərin yanında olub, onlara dəstək verdiyi üçün minnətdarlığını bildirib.
Xatırladaq ki, bu görüş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Konsitutsiya və suverenlik " ili eyni zamanda Tarixi zəfərin 5 illik yubiley layihəsi əsasında həyata keçirilib.
Gülnaz Qənbərli
Azadmediatv.com



