Xankəndidən Şuşaya kanat yolu tikiləcək

Xankəndidən Şuşaya kanat yolu tikiləcək

İyulun 3-də Prezident İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb.

Dövlət başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verilib.

Bildirilib ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR