Jirinovski öldü

Jirinovski öldü

Aprelin 6-da Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski uzun sürən  ağır xəstəlikdən sonra  vəfat edib.

Azadmediatv.com lenta.ru-ya istinadən bildirir ki, V.Jirinovski fevralın əvvəlindən Moskva xəstəxanasında müalicə alırdı.

Bu haqda məlumatı  Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin verib. Belə ki, qızışdırıcı açıqlamaları ilə ad çıxarmış siyasətçi Vladimir Jirinovskinin 75 yaşında vəfat etdiyini bəyan edib. O, ultramillətçi Rusiya Liberal Demokratik Partiyasının (LDPR) lideri idi. Volodin Jirinovskinin uzun çəkən ağır xəstəlikdən öldüyünü təsdiqləyib.

Siyasətçi fevralın 2-dən Moskva xəstəxanasında müalicə alırdı. Onda COVID-19 və pnevmoniya aşkarlanmışdı.

LDPR də Jirinovskinin ölümünü təsdiqləyib. 

Qeyd edək ki, Qazaxıstanda doğulmuş Jirinovski millətçi, qəribə ritorikası ilə tanınırdı. Məsələn, o, dekabrın sonunda dövlət televiziyasında təklif eləmişdi ki, Rusiya ordusu Yeni ildə Ukraynanı bombalasın.

Yaxud 1990-cı illərdə 2-ci Çeçen müharibəsi vaxtı Çeçenistanda nüvə silahından istifadəni təbliğ edirdi.

Jirinovski Alyaskanı ABŞ-dan güclə geri almağa, keçmiş sovet ölkələri üzərində Moskvanın nəzarətini bərpa etməyə, Qazaxıstanı Rusiyaya birləşdirməyə çağırırdı. 2021-ci ilin avqustunda Jirinovski Rusiyanın Qafqaza müharibə ilə getmədiyini, bunu ermənilərin xahiş etdiyini demişdi. O, Azərbaycan Prezidenti İlham Əliyevə müraciətlə demişdi ki, “onda orda diktaturadı, orda müxalif qüvvələri doludur, əgər Bayden istəsə onu iki həftəyə devirərlər. Paşinyanı xilas etdiyimiz kimi onu da yalnız biz xilas edə bilərik...". XİN Azərbaycan rəhbərliyi barədə bu “qərəzli, təhqiramiz fikirlər”lə bağlı Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinə nota vermiş, “ciddi narahatlıq, etiraz” bildirmişdi.

Jirinovski ilə vida mərasimi aprelin 8-də həyata keçiriiləcək.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR