Belçikanın ən güclü insanı vəfat edib
Belçika kikboksçusu Frederik Sinistra koronavirusdan vəfat edib.
Azadmediatv.com-un xəbərinə görə, Belçikanın ən güclü insanı hesab olunan 40 yaşlı idmançı müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Belə ki, idmançı virusa yoluxmazdan əvvəl koronavirusu ciddiyə almadığından peyvənd olunmaqdan imtina edibmiş. F.Sinistra yaşının və fiziki sağlamlığının onu virusadan qoruyacağına ümid edirmiş.
Qeyd edək ki, Frederik Sinistra 2017-ci ildə Türkiyədə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovla döyüş keçirib və 2-ci raundda həmyerlimiz onu nokauta salıb..
Azadmediatv.com



