Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin paytaxda və bölgələrdə hərbi hissə və bölmələrində gənc əsgərlərin andinçmə mərasimləri keçirilir.
Azadmediatv.com-un xəbərinə görə, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə də gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
"Belə ki, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə keçirilən mərasimə şəhidlərimizin xatirəsnini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Törəndə rəhbərliyin zabitləri çıxış edərək, gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar. Daha sonra gənc əsgərlər silaha əl basaraq, təntənəli surətdə Vətənə sədaqət andı içiblər.
Mərasim şəxsi heyətin təntənəli marşla tribuna önündən keçməsiylə yekunlaşıb.
Qeyd edək ki, xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınmaqla andiçmə mərasimində ilk dəfə olaraq gənc əsgərlər üçün yaxınları ilə (onlayn formatda) videogörüntülü əlaqə qurmaları üçün şərait yaradılıb.
Azadmediatv.com



