Bakıda “Mustafa Kamal Atatürk - 2021” Birgə döyüş atışlı taktiki təlimi başlayıb
Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk - 2021” Birgə döyüş atışlı taktiki təlimi başlayıb.
Azadmediatv.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı hər iki ölkənin ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
Qeyd edək ki, iyunun 30-dək davam edəcək təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb olunub.
Azadmediatv.com



