“Akif Qurbanov, siz vicdan  hissiyatınızı nə qədər müddətdir itirmisiniz?” - Nərmin Şahmarzadə

“Akif Qurbanov, siz vicdan hissiyatınızı nə qədər müddətdir itirmisiniz?” - Nərmin Şahmarzadə

Sosial şəbəkədə dostluğumda olmasa da, təsədüfən paylaşımıyla qarşılaşdım. "TOPLUM" TV-lə bağlı olduğundan bir nəfəsə oxudum. Və... şok oldum, elə bil mənim düşüncələrimi qələmə almışdı. Məhkəmə prosesini izləyərkən ittiham olunanlardan yalnız Ələsgər Məmmədlinin yaxınlarının prosesə gəlsə də, lakin mətbuata açıqlama verməmələri mənə qəribə gəlmişdi. Hətta gözümün qabaığında ehtiyac üzündən Akif Qurbanovun potensial qurbanına çevrilən, rəsmən xəstə olduğundan bir dəri bir sümük olan, indi isə nənəm demiş,  quru qəfəsəsindən iri yorğun gözləri ilə barmaqlıqlar arxasından bizimlə salamlaşanda gülümsəyən Fərid İsmayılovun ailəsinə zəng etdim. Anası dedi ki, başçıları uşaqlara tapşırıb ki, heç kimə müsahibə verməyin, qoy beynəlxalq təşkilatlar görsün ki, ölkədə müstəqil mətbuat yoxdur, onları azad etsinlər. Çox pis oldum. Bəli, bu, Akif Qurbanovun növbəti maxinasiyasıydı. Yenə uşaqlar ona inanmışdı. Məhkəməyə getdim, fasilədə çağırdım, yaxın gəlmədi. Fəridə dedim ki, o dü...yə de ki, ay vicdansız, səniydin müstəqil mətbuat? Elə bu vaxt proses başladı və bu yenə Zəfər Əhmədova üz tutub, amiranə: "Hanı müxalufət partiyaları, niyə gəlib bizə dəstək olmurlar?". Həmən cavab verdim ki, müxalifət var ki? Səsi də çıxmadı...

Əlqərəz, Nərmin Şahmarzadəni cəmi bir dəfə Bakı Apellyasiya Məhkəməsinin qarşısında görmüşəm, şəxsi tanışlığımız olmayıb. Onda da aramızda nəyə görəsə mübahisə oldu (indi xatırlamıram). Amma igidi öldür, haqqını ver. Kimin necə düşünməsindən asılı olmayaraq, onun haqq sözünü paylaşmağa qərar verdim. Həm də olduğu kimi....


"Toplum TV-nin ittiham aktını oxuduqca dəhşətə düşürəm. (300 səhifə sətir-sətir)

Qurbanov Akif Yaqub oğlu - görəsən, yuxu yoza bilir?

İlkin ifadələri əsasında uşaqlara (15-14-13 il) ittiham oxunub, amma İttihamın Mahiyyəti Üzrə ifadə verməkdən imtina ediblər. 

Qısası, mahiyyəti müdafiə edə bilmirlər. 

Uşaqların, Qurbanovun, Məmmədlinin verdikləri ifadələri oxuyanda sual yaranır, Qurbanov 2013-2023 intervalını Vətəndaş Cəmiyyətinə sədaqətdən qurub, ya 2023-cü ildə qurduğu (10 il ərzində) sistemi tez-bazar əldən çıxarıb siyasətə keçmək, həbsdən siyasi qəhrəman kimi çıxmaq üçün qurub?

Sual budur: niyə IDI, Toplum TV, Fakt-Yoxlanın (ittiham aktında adı keçir) o vaxtkı və indiki əsas idarəçiləri bu işi azadlıqda, Avropada davam edə bildikləri halda, ora 2023-ün fevralında IDI-nin təliminə gələn İlkin Əmrahov (13+) il azadlıqdan məhrum olunur? Niyə mən IDI-ni tanıyanda IDI-ni tanımayan Ramil IDI-nin Alyansı olan TOPLUM TV-ə görə (13+) il türmədə keçirməlidir?

Söhbət başqa nümunəni də xatırlatdı:

Hərbi Xidmətə getməyən, amma başqası üçün hərbi nizamın əlehinə də çıxış etməyən Bəxtiyar Hacıyev Dadaşlinskinin verilişində “hərənin öz işi var - mən Paris Sülh Konfransında təmsil edirəm, əsgər də səngərdə təmsil edir” demişdi. (İndi ikiniz də türmədəsiniz və ikiniz də siyasətə iddia etdiyiniz halda, qurban rolunu başqasına yazırsınız - ova gedəndə də ovlanırsınız)

Amma burada sizi Bəxtiyarla eyniləşdirməyim, ona haqsızlıq olar: çünki azından o gənclərin tutulmağına səbəb olmadı və ən əsası həbsə girəcəyini bilsə, bəlkə də bunu etməzdi (sonrakı addımları bunu deməyə imkan verir). Siz isə həbs olunacağınızı bildiyiniz halda həbsə tələsirdiniz!

Ülviyyə Əliyə verdiyiniz müsahibə başdan sona cəfəngiyyat və ambisyozluqdan ibarətdir. O müsahibədə başdan-sona “mən türmədə srok çəkirəm, siz də çöldən işləyin” tonu var idi. 

Sizə kim deyib ki, sizin buyurmağa haqqınız var? Mafyasınız siz? Mahiyyəti üzrə ifadə vermirsiniz, sifariş göndərirsiniz, etdiklərinizi başqalarına yükləyirsiniz!

Akif Qurbanov ATU məzunu psixiatrdır + Ukraynada Hüquq təhsili alıb.

II-si şübhəli; niyə Ukraynadan Hüquq təhsili alasan; əgər özünü ifadə edə bilməyəcəkdinsə, hüquq və qanun anlayışını ifadələrində ayırıb müdafiə qura bilməyəcəkdinsə, o yaşında niyə hüquq dimlomu almısan? Hər şey cəhənnəm bir gün ifadə verə bilməyəcəkdinsə, gəncləri hansı təminatla inandırırdın? Onların neçəsi 13-15 il həbs olunacaqlarını bilsəydi, sənlə işləyərdi?

Onların sənlə işləməyi Vətəndaş Cəmiyyətinə inamdır. Sənsə Vətəndaş Cəmiyyətinin etibar kreditini öz ambisiyaların üçün istifadə etmisən. 

Həbsindən əvvəldən bu günə qədər bunları başa düşə-düşə yanılmaq ümidiylə gözləmişəm.

Siyasətçi bu suallara gərək cavab verə bilsin.

Akif Qurbanov məhkəmədə və ifadələrində uşaqları İnsan Hüquqları aspektindən müdafiə etməyib və onların etdikləri əməllərin (biz bunu tutulaq, damğalanaq, o yerə aid olduğunu gizlədək deyə etməmişik) Qanun Qarşısındakı Cinayət İttihamını Mahiyyəti üzrə əsalandıraraq rədd etməyib - Susmağı və ya III Respublika Platformasının təbliğatını aparmağı seçib. 

Çünki Akif Qurbanov Vətəndaş Cəmiyyətini Siyasətə keçid olaraq görüb və öz ambisiyasına görə yoğurduğundan, yapdığından kökə tapmayan gənclərlə aşağı-yuxarı bərabər cəzalandırılır.

Qurbanovun ümidi çölədirsə, lap rəzillik! (İzləniləndən sonra III Respublikanı əlimyandıda elan etməyi Qurbanovun bunu seçdiyini göstərən amillərdəndir)

Ümid edirəm, müstəqilliyini qurban verəndə gözlədiyi QAZ biz deyilik!

Araz Əliyev tutulanda Qurbanov post yazmışdı ki, “İlham Əliyev, onu burax, məni tut.”

Rəşad Dağlı “onu burax, bunu tut” deyəndə buna hörmət etmək olar - amma adam bunu ifadə edəndə düşünər (Dağlı işarə verəndə özününkü üzərindən danışır, siz isə o boyda Qurucu Babanız üzərindən danışmısınız; hələ məğzin bu tərəfinə qarışmıram)

- Hakimiyyətlə müstəqilliyin üzərindən bazarlığa gedəcəkdinsə, niyə bu vəziyyəti yaratdın - bundan qaçmadın?

- İndi sənlə tutulanları hansı vədlə çıxarmağı düşünürsən?

- Allahın və çöldəkilərin ümidinə qalıbsa, 

Qurbanov, sizi əlimdən İlham Əliyev də ala bilməyəcək!

Uşaqları buraxdır, özün nə qədər istəyirsən, otur içəridə!

III Respublika Platforması uşaq qanıyla qurulmamalıydı. Çox ürəyiniz istəyirdisə, elə başdan sona orada olan adamların qanıyla qurulardı!

Siz krizis elan edib TOPLUM TV-nin ofisini müvəqqəti bağlamalı, uşaqları sakitlikdə gözlətməli və ya ölkədən çıxarmalı idiniz. Siz isə ancaq özünüzü və idarəçiləri doyuzdurub öz işçilərinizin bir qismini tutdurdunuz, bir qismini də öz taleyinə buraxdınız - sizə görə düşdükləri qara siyahıdan çıxa bilsələr, pul qazanıb ölməyəcəklər.

Siz Vicdan Hissinizi nə qədər müddətdir itirmisiniz?"

Azadmediatv.net





OXŞAR XƏBƏRLƏR