İbrahim Bayandurlunun anım günüdür
Martın 16-sı tanınmış jurnalist, Qarabağ Qazisi İbrahim Bayandurlunun anım günüdür. O, uzun müddət "Zerkalo" qəzetinin şərhçisi olub. Vaxtilə Qarabağ müharibəsində gedən döyüşlərdə ağır yaralanıb.
İ. Bayandurlunun ölüm səbəbi qida borusunun venalarıının partlayıb və güclü qanaxma yaratması olub.
O, həmçinin qara ciyərin serrozu, qara ciyər qapı venasının genişlənməsi, Hepatit C, qida borusu venalarının 4-cü dərəcəli genişlənməsindən əziyyət çəkirdi.
«Zerkalo» qəzetinin şərhçisi olmuş İ.Bayandurlu Qarabağ müharibəsində də iştirak edib. 1992-ci ildə başından yaralanıb. Uzun müddət döyüşlərdə aldığı qəlpə yarasından əziyyət çəkib.
İ. Bayandurlu 1971-ci ildə anadan olub, 2010-cu ildə vəfat edib.
Jurnalist evli idi, bir qızı var.
Gülnaz Qənbərli
Azadmediatv.com



