Həmid Herisçi Təbrizdən yazır… TƏCİLİ
Azərbaycanın tanınmış yazıçısı və şairi Həmid Herisçi hazırda İranın Təbriz şəhərindədir və bölgədə baş verən bombardmanlar səbəbindən orada qalıb.
Azadmediatv.com xəbər verir ki, yazıçının özünün əvvəlcədən verdiyi anonslardan və həyat yoldaşı İlhamiyyə Rzanın mediaya açıqlamalarından məlum olur ki, Həmid Herisçi Təbrizdə baş verən hadisələri gündəlik formatında qələmə alır.
Yazıçı 12 mart 2026-cı ildə yaşadıqlarını sosial şəbəkə hesabında paylaşıb.
Azadmediatv.com həmin qeydləri olduğu kimi təqdim edir:
“Təbriz gündəliyi
12 mart. ABŞ təyyarələri uzaq məsafələrdən səmaya qalxıb, Təbrizdəki bir çox hərbi ünvanları nöqtə atəşi ilə vaxtaşırı vururlar.
Təbrizdəki məşhur Aşura diviziyasınin qərargah binası da dünənlərdə bu uzun qara siyahıya qoşulub.
Səttarxanın nəticəsi Sami Sərdare Milli göstərdi mənə uzaqdan bu qaralmış qərargah binasını.
Şərhləri qulağımı isitdi.
- Şəkil çəkmək yasaqdı.
Ətrafdakı müşahidə kameralarını ğözləri ilə göstərdi.
- Diqqətli ol. Təpəgözlər baxır burda.
Cümləsinin sonunda bədii istedadıni partlatdı. Parildatdı.
-Sən Basat deyilsən.
****
AŞKARDA GİZLİN
Bəzi cari siyasi hadisələrin ssenarisi dəmir, şıfrəli şeyflərdə deyil, ən adi Hollivud filmlərində qorunur.
Gizlədilir.
Bu X fayllardı.
Fəallaşmasi siyasi sinoptiklərdən, hava haqqında məlumatlardan asılıdır.
İran- ABŞ qarşıdurmasının psixoloji, məxfi ssenarisi də, elə aşkarda gizlədilib.
Rejissor Darren Aranofski hələ 2008- çi ildə RESLİNQ idmanı, yəni qaydasız döyüş növü mövzusunda bir film çəkib. " RESTLER" adlanır bu film.
Sponsoru Trampdı.
Orda qocaman qladiator Robin Ramzimski görün bir kimlə (!) Ayətullah adlı bir iranlı qladiatorla öz son, məşhər döyüşünə hazirlaşir.
"Ram jam" kodlu tək zərbəsi bu Ayatullahı məhv edir.
Zərbə, maraqlıdır.
Ramzimski kəndirlə yuxarı qalxaraq, ordan bax bu Ayatullahı...
Qısası, deyilənə görə, bu filmi RESLİNG həvəskarı Donald Tramp sifariş edib.
Filmə baxın.
İndiki qarşidurmanin əsl gizli ssenarisi ordadır, bu filmdə.
Şirlər, aşkarda gızlədilər adətən.”
Azadmediatv.com



