AXCP sədri müayinə edilib

AXCP sədri müayinə edilib

Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib.

Həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib.

Məlumatda Əli Kərimlinin təkadamlıq kamerada yerləşdirildiyi məlum olub.

Bu arada AXCP sədrinin vəkili Aqil Layıc müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.

Oxu.az





OXŞAR XƏBƏRLƏR