Mərhum Səbuhi Əhmədli faşist simvolunu bədəninə döydürübmüş

Mərhum Səbuhi Əhmədli faşist simvolunu bədəninə döydürübmüş

Avqustun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Səbuhi Əhmədlini  qətlə yetirməkdə ittiham edilən Əli Eybatov, Fərrux Qasımov və Emin Ələsgərovun növbəti prosesi keçirilib.
Təqsirləndirilənlərdən Əli Eybətovun, Fərrux Qasımovun və Emin Ələsgərovun vəkilləri vəsatətlə çıxış ediblər. Vəsatətlər zərərçəkmişi S. Əhmədlinin ictimaiyyət üçün təhlükəli olduğunu isbat edən vəfatınadək törətdiyi cinayətlərlə bağlı olub. Vəsatətdə bildirilib ki, S.Əhmədli sağlığında  faşist bayrağının üzərindəki məşhur simvolu bədəninə tatu etdirib ki, bu da onun cəmiyyət  üçün potensial təhlükə olduğunun sübutudur: “Mərhum Səbuhi Əhmədli bu hadisəyədək də bir neçə dəfə cinayət törədib. Hamısında da narkotik vasitələrin təsiri altında olub. Bıçaqla xəsərət yetirdiyi gəncə kömək etmək əvəzinə onu yerdəvəhşicəsinə təpikləyib, sürüyüb və İşgəncə verib. Haqqında cinayət işi açılda da, istintaqdan yayınıb. Məhkəmənin çağırışlarına məhəl qoymayıb. Hadisələrin bu cür sonlanması göstərir ki, Səbuhini “qoruyan”lar və himayə edənlər olub. Bu cür insanlar həmişə cəmiyyət üçün təhlükəli olub. Səbuhi adam bıçaqlayıb çöldə sərbəst gəzirdi, ancaq Fərrux taxtayla özünü qoruyub içəridədir. Həmçinin də Emin bir yumruğa görə 1 il 3 aydır ki, həbsxanadadır. Ona görə də S. Əhmədlinin bundadək olan cinayətlərinin  də araşdırılmasını xahiş edirik.”
Digər vəsatət isə Ə.Eybətovun vəkili tərəfindən verilib. Vəsatətdə bildirilib ki, təqsirləndirilənin psixoloji problemləri olduğuna görə dəfələrlə müalicə müəssisələrində tədavü edilib. Buna görə də hərbi xidmətə yarasız olub, bütün bunların doğruluğunu aydınlaşdırmaq üçün də müvafiq  quruma sorğu göndərilməlidir.
Məhkəmə yerində məşvərət edib, vəsatətləri təmin etməyib. Bildirib ki, vəsatətdə qaldırılanlar ekspert rəyində öz əksini tapıb.
Daha sonra məhkəmə sənədləri tədqiq edib. Bildirilib ki, ekspertizanın rəyinə görə, mərhum S.Əhmədli narkotik vasitələrin istifadəçisiymiş.. Cinayətin törədildiyi bıçaq da ona məxsus olub. 
Zərərçəkənin nümayəndəsi  vəsatətlə çıxış edib. Vəsatətdə bildirilib ki, conayət işi yenidən ibtidai istintaqa qaytarılsın.
Vəsatət təmin edilməyib.

Prosesə sədrlik edən Leyla Əsgərova-Məmmədova bildirib ki, proses qeyri-müəyyən vaxtadək təxirə düşüb.

Qeyd edək ki, hadisə 2024-cü il martın 9-da, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalar zamanı məlum olub ki, 1999-cu il təvəllüdlü Əli Eybatovla mərhum arasında baş verən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Səbuhi Əhmədli ehtiyatsızlıqdan qətlə yetirilib.
Xatırladaq ki, Ə Eybatov AR Cinayət Məcəlləsinin 120.2.1 və 221.3 maddəsilə ittiham edilir.
Gülnaz Qənbərli
Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR