Cabir Novruzun son yadigarının anım günüdür

Cabir Novruzun son yadigarının anım günüdür

İyunun 10-u Xalq şairi Cabir Novruzun son yadigarı Müşfiq Novruzovun xatirə günüdür.

Tanınmış şair, publisist, jurnalist və ictimai xadim Müşfiq Cabiroğlu – (Novruzov Müşfiq Cabir oğlu) - 3 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olmub.
1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Cabir Novruz Mədəniyyət Fondu"nun təsisçisi idi.
Mikayıl Müşfiq xatirə mükafatı laureatıdır.

“Səni kim unudar” (1988), “Sözüm ağızlarda pay oldu getdi” (2005)  kitablarının müəllifi olan Müşfiq Cabiroğlunun “Vətən eşqi” (musiqisi Oqtay Kazımi), “Hicranına dözmür könlüm” (musiqisi Oqtay Kazımi), “Sərhədçilər marşı” (musiqisi Oqtay Kazımi), “Xatirən qalacaq” (musiqisi Oqtay Kazımi), “Sirab” (musiqisi Oqtay Kazımi), “İki dost” (musiqisi Gülnarə Abbasquliyeva), “Biz ordayıq”(musiqisi İqbal Qəmbəroğlu), “Vüqarlı günlərim”(musiqisi İqbal Qəmbəroğlu), “Əl çalın dostlar”(musiqisi Abbasqulu Nəcəfzadə), “Təbriz Nəzrinin toyu”(musiqisi İqbal Qəmbəroğlu) və s. şeirlərinə mahnılar bəstələnib.

2018-ci il iyunun 10-da gözlərini bu dünyaya əbədi yumub.
Allah rəhmət eləsin.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR